• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Kobim Xaçmaz

Haqqımızda

Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılması, xüsusilə kiçik və orta biznesin (KOB) əsas hərəkətverici amilə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindəndir.

2020-ci fevralın 7-də Xaçmaz şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Kiçik və Orta Biznes evinin (Xaçmaz KOB evi) fəaliyyətə başlaması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla bərabər, sahibkarlar üçün dövlət xidmətlərinin yaxşılaşdırılması, xidmətlərə vahid məkanda, rahat, maneəsiz və şəffaf çıxışın təmin olunması baxımından əlverişli platformadır.

Ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən Xaçmaz KOB evində KOB İnkişaf Mərkəzi fəaliyyət göstərir. KOB İnkişaf Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yaradılıb. Mərkəz innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, yerli biznes mühitində fəaliyyət göstərən, habelə göstərmək istəyən kiçik və orta sahibkarlıq subyektlərinin və fərdi şəxslərin maarifləndirilməsi, biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları və maliyyənin idarə olunması, müxtəlif mövzularda təlim, məsləhət və texniki dəstək üzrə xidmətləri təqdim edir. Göstərilən xidmətlər zəruri sahələr üzrə beynəlxalq və yerli akkreditasiya keçmiş təlimçilərin, müxtəlif sahələrdə “uğur modeli” nümayiş etdirmiş mütəxəssislərin cəlb olunması ilə həyata keçirilir.

Məqsədimiz

KOB nümayəndələrini bütün sahələrdə maarifləndirmək, onların biznes ideyalarını biznes plana çevirmək və bunun üçün müvafiq maliyyə resurslarına çıxışı təmin etmək, müvafiq maliyyəni cəlb etmək, layihələrin effektiv və səmərəli icrasını təşkil etmək, layihələrin keyfiyyət monitorinqini aparmaq və hesabatlar vermək, müvafiq dövlət strukturları ilə əlaqəni qurmaq, sahibkarlığın inkişafında mövcud olan maneələri aradan qaldırmaq, sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq, bu sahənin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirməkdir.

Missiyamız

Kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan şəxsləri təlim, məsləhət və texniki dəstək xidmətləri ilə təmin etmək, biznes təşəbbüsləri olan, yeni fəaliyyətə başlamaq istəyən, yeni fəaliyyətə başlayan sahibkarları dəstəkləmək, bu sahədə sosial mühitin yaxşılaşdırılması istiqamətində işlər aparmaq, KOB sektorunun davamlı inkişafına nail olmaqdır.

Lorem Ipsum

Fəaliyyət İstiqamətləri

KOB İnkişaf Mərkəzi sahibkarların müxtəlif mövzularda məlumatlandırılmasına və onlara təlimlərin keçirilməsinə, KOB-lara fəaliyyət sahəsinə uyğun qabaqcıl texnologiya və həllər barədə konsultasiyaların verilməsinə, yeni növ məhsulların yaradılmasına, meyvə-tərəvəz məhsullarının istehsalı üzrə kiçik və orta sahibkarlar arasında ekoloji təmiz (orqanik) və rəqabətə davamlı məhsulların yetişdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması və informasiya xidmətlərinin göstərilməsinə, ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar maarifləndirici işlərin aparılmasına, sahibkarlar tərəfindən yeni texnologiyaların və ixtiraların mənimsənilməsinə yardım göstərilməsinə, biznesə yeni başlayan sahibkarlara hüquqi və digər məsələlər üzrə məsləhət xidmətlərinin göstərilməsinə xidmət edir.

KOB İnkişaf Mərkəzində aşağıdakı fəaliyyət istiqamətləri üzrə KOB-lara xidmətlər təqdim olunur:

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk