Xidmətlərimiz
Xidmətlərimiz
Məsləhət
Biznes planın hazırlanması
Biznes planın hazırlanması
Bizness plan nədir? Necə hazırlanmalı və ümumi strukturu - Təlimin bu hissəsində dinləyicilərə bizness planın müxtəlif tərifləri, hazırlanma qayda və strukturu barədə məlumat verilərək auditoriyanın bizness plan barədə fikirlərini bilirmələri təklif ediləcəkdir.
- Bizness ideyanın yaranması - Təlimin bu hissəsində auditoryaya biznes ideyanın yaranması, zəruri ilkin araşdırma, ideyanın tam fomalaşdırılması üçün lazımı məlumatlar ötürüləcək və hər hansı bir bizness ideyanın formalaşdırılaraq ilkin araşdırılması barədə qrup işləri aparılacaqdır.
- Bizness planın hazırlanmasın dadair ümumi tələblər - Təlimin bu hissəsində auditoryaya biznes planın hara təqdim edilməsindən asılı olaraq hazırlanmasına dair tələblər barədə məlumatlar veriləcək və interaktiv müzakirələr aparılacaqdır.
- Biznes planın xülasəsi - Təlimin bu hissəsində auditoryaya biznes planın xülasəsinin əhəmiyyəti, kəmiyyəti, yazılma forması barədə ətraflı məlumat verilərək, əhatə etdiyi mövzular müzakirə ediləcəkdir.
- Sahibkarlıq subyekti haqqında qısa məlumat - Təlimin bu hissəsində dinləyiciyə biznes planı təqdim edən sahibkarlıq subyekti barədə məlumatların düzgün qeyd edilməsi barədə məlumatlar veriləcək və təlim ishtirakçıları 3 və ya 4 fərqli qrupa bölünməklə təlimin bundan öncəki sessiyalarında təklif etdikləri biznes ideya üzrə sahibkarlıq subyektinin məlumatının formalaşdırılması və təqdim edilməsi qrup işi şəklində tələb ediləcəkdir.
- Təşkilatı planın hazırlanması - Təlimin bu hissəsində auditoryaya biznes planı üzrə görüləcək işlərin ardıcıllığının müyyən edilməsi, uyğunluq baxımından fəaliyyətlərin hissələrə ayrılması, bu fəaliyyətlərin müxtəlif cədvəlləş şəklində aylar, müddətlər üzrə proqnozlaşdırılması kimi məlumatlar veriləcək və təlim ishtirakçıları 4 fərqli qrupa bölünməklə təlimin bundan öncəki sessiyalarında təklif etdikləri biznes ideya üzrə təşkilatı planın hazırlanması və təqdim edilməsi qrup işi şəklində tələb ediləcəkdir.
- Marketinq planı, satış bazarının xarakteristikası araşdırılması - Təlimin bu hissəsində auditoryaya marketinq, 4 P, bazar araşdırlmalarınan aparılması metodları, bazarın seqmentləşdirilməsi, boş seqmentlərin düzgün müəyyənləşdirilməsi və seçilməsi, bazarın xarakteristika və xüsussiyətlərinin araşdırılma və müəyyənləşdirmə qaydaları, marketinq planının hazırlanma qayda və strukturu barədə məlumat veriləcək və təlim ishtirakçıları 3 və ya 4 fərqli qrupa bölünməklə təlimin bundan öncəki sessiyalarında təklif etdikləri biznes ideya üzrə marketing planının hazırlanması və təqdim edilməsi qrup işi şəklində tələb ediləcəkdir.
- Maliyyə planının hazırlanması və analizi - Məhsul istehsalı, onun satış və əldə olunmuş mənfəətin həcmi hər bir istehsalçı üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, məhsul istehsalının təşkili ilə yanaşı onun satışının həyata keçirilməsinin təmin olunması ciddi məsələdir. Təlimin bu hissəsində auditoryaya fəaliyyətinin son nəticələri, pul dövriyyəsi, maya dəyərinin hesablanması, habelə satışın həcmi, xalis mənfəətin ümumi səviyyəsi, investisiyanın səmərəliliyi və sair hesablamaların müvafiq cədvəlləri şəklində hazırlanması, əlaqələndirilməsi barədə ətraflı praktiki məlumatlar veriləcək və bu cəvəl nümunələrinin hazırlanmasında təlim iştirakçılarının birbaşa iştirakı təmin ediləcəkdir.
- Layihə Risklərin qiymətləndirilməsi - Təlimin bu hissəsində auditoryaya layihənin həyata keçirilməsi zamanı qarşıya çıxa biləcək bütün riskli hallar müəyyənləşdirilməsi metodları, kommersiya fəaliyyəti, texnoloji proses, iqtisadi və siyasi şəraitlə bağlı riskli hallar və onların yumşaldılması imkanları barədə ətraflı məlumatlar veriləcək və təlim ishtirakçıları 4 fərqli qrupa bölünməklə təlimin bundan öncəki sessiyalarında təklif etdikləri biznes ideya üzrə risklərin qiymətləndirilməsi və təqdim edilməsi qrup işi şəklində tələb ediləcəkdir.