Xidmətlərimiz
Xidmətlərimiz
Məsləhət
Kənd təsərrüfatı
Kənd təsərrüfatı
Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar və dövlətimizin sahibkarlığa verdiyi yüksək dəstək sayəsində Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahədir. Kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatına müsbət təsir göstərməklə yanaşı əhalinin məşğuliyyətinin artımına, eləcə də həyat şəraitinin yaxşılaşdırılmasına səbəb olur.
Azərbaycanda istehsalın ən geniş yayılmış sahəsi hesab olunan kənd təsərrüfatının dayanıqlı və sürətli inkişafına töhfə vermək məqsədilə kənd təsərrüfatına dair fərdi məsləhət xidmətləri həyata keçirilir. KOB nümayəndələrə məsləhət xidmətlərində iştirak etməklə torpağın münbitliyi, düzgün şumlanması, meliorasiya, yüksək məhsuldarlıq üçün əkin və suvarma sistemlərinin tətbiqi, hansı növ məhsulun əkilməsi və gübrələrdən istifadə üzrə bilik və bacarıqlara yiyələnə bilərlər.