• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xidmətlərimiz

Xidmətlərimiz

Məsləhət

Korparativ hüquq

Korparativ hüquq

Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir.

Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin, korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir.

Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla korporativ hüquqi münasibətləri birləşdirir.

Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir.

KOB nümayəndələri müraciət edərək peşəkar və hüquq çərçivəsində sahibkarlıq fəaliyyətlərini qurmaq üçün tələb edilən ilkin bilik və bacarıqlar, şirkətlərin təşkilatı-hüquqi formaları, qeydiyyatı və idarəetməsi ilə yanaşı, öhdəlik, müqavilə hüququ, biznes hüququ, işəgötürmənin hüquqi əsasları, MMC-lərin yaradılması üçün elektron müraciət, fərdi sahibkarlıqdan MMC-yə keçid və bəzi mühüm digər məsələlər üzrə biliklər veriləcəkdir.