Xidmətlərimiz
Xidmətlərimiz
Məsləhət
Marketinq
Marketinq
Qloballaşan dünyada bir tərəfdən bənzərliklər artmaqda, digər tərəfdən fərqliliklər daha da dərindən incələnməkdədir. Marketinqin tərəflərindən biri olaraq istehlakçıların yaşayış tərzi, istehlak qəlibləri və alış-veriş vərdişləri bu bənzərlik və incəliklərdən kifayət qədər təsirlənərkən, marketinqin digər tərəfində yerləşən müəssisələrin davranışları da bənzərlik və fərqliliklərə sahib olmaqdadır. Müəssisələrin davranışlarının nə zaman bənzər olacağı və nə zaman fərqlilik göstərəcəyi mövzusunda dəqiq bir şey yoxdur. Çünki marketinq mühiti qloballaşmanın da təsiri ilə olduqca sürətli və praqnozlaşdırılması çətin bir şəkildə dəyişməkdədir. Belə bir sürətli dəyişmə prosesində müəssisə menecmenti marketinq strategiyalarını güclü və effektiv bir silah kimi istifadə edə bilər.
Marketin üzrə məsləhət xidməti ilkin olaraq iqtisadiyyat, biznes, biznesin funksiyaları haqqında ilkin məlumatları özündə ehtiva edir və daha sonra biznesin bir funksiyası olaraq marketinq haqqında ilkin məlumatları təqdim edir. Daha sonra marketinqdə tələb və təklif münasibətləri, mübadilə prosesi müzakirə edilir və marketinq mühiti, strukturu, təsir etmə miqyası haqqında məlumatlar verilir.
Hər bir KOB nümayəndəsi müraciət edərək hədəf kütlənin seçilməsi, seqmentsiya və mövqelənmə strategiyaları, müştəri münasibətləri, müştəri haqqında məlumatların yığılması, analizi, bunun əhəmiyyəti təhlil edilir və daha sonra isə istehlakçı bazarları (B2C) və istehlakçı davranışları və onlara təsir edən faktorlar, biznes bazarları (B2B), biznes bazarlarının növləri, davranışları və satınalma tipləri barədə məsləhət xidmətlərindən yararlana bilər.