Xidmətlərimiz
Xidmətlərimiz
Məsləhət
Satış bacarıqları
Satış bacarıqları
Son 10 ildə Azərbaycanın bazar iqtisadiyyatı güclənərək açıq rəqabət bazarını daha da inkişaf etdirmişdir. Müasir dövrdə bazarda olan rəqabət mühitində üstünlüyün qorunması vacib amillərdən biridir. Güclü bir satış komandasının mövcudluğu şirkəti rəqabətə dözümlü edir ki, bu da şirkətin uğurlu olmasına və mənfəətlə işləməsinə səbəb olur. Ötən dövrlə müqayisədə günümüzdə olan müştərilər daha məlumatlı, daha seçici və daha tələbkardırlar. Bu məqamları diqqətə almayan şirkətlər və ya sahibkarlar uğursuzluqla üzləşirlər. Vacib olan bizim bu tələblərə necə qarşılıq verib nəticə çıxarmağımızdır. Mövcud vəziyyəti öz xeyrimizə necə dəyişə bilərik. Sözsüz ki, bütün bunlar peşəkar işçi heyəti ilə mümkündür. Onlar müasir müştəriləri yaxşı anlayır və onlarla necə effektiv davranmalı olduqalrını bilirlər.
İşçi heyətinin təlimli olması ən vacib faktorlardan biridir. Satış üzrə məsləhət xidmətləri satışla məşğul olan əməkdaşların peşəkar keyfiyyətlərini artıraraq daimi müştərilərin cəlb edilməsində mühüm rol oynayır. Son araşdırmalar onu göstərir ki, 71% insan alış qərarlarını daha çox etibar üzərində əsaslandırır. Önəmli faktorlardan biri də odur ki, satış əməkdaşları potensial müştərilərinin ehtiyaclarını və istəklərini lazımı şəkildə dərk etməyi bacarsınlar və eyni zamanda təklif etdikləri məhsul və ya xidmətin bütün üstün keyfiyyətlətrini səmərəli şəkildə izah etməyi bacarsınlar.
Satış əməkdaşlarının uğurlu satış strategiyasının formalaşdırmasında satış üzrə məsləhət xitmətlərinin rolu mühümdür. Satış mütəxəsislərinin şəxsi və peşəkar keyfiyyətlətinin yüksək səviyyədə olması onların alıcılarla münasibət qurduqda nə qədər bacarıqlı olmasını nümayiş etdirir. Müştəri ilə münasibət yaratdıqda, etibarını qazandıqda fərdi yanaşmaya üstünlük verilməlidir.
KOB nümayəndələri bu məsləhət xidmətlərinə müraciət edərək müştəri ilə necə düzgün ünsiyyət qurulmalı, satışda təqibin mühüm rol oynadığını, daimi müştərilər qazanmaq üçün etibarın qurulmasını, hədəf kütlənin dügün müəyyənləsdirməsi istiqamətində praktiki biliklər əldə edəcəklər. Bazarda rəqabətə dözümlü olmaq üçün məhz dügün satış startegiyasını və satış prinsiplərini tətbiq etmək önəmlidir.