Xidmətlərimiz
Xidmətlərimiz
Təlim
Antikorrupsiya idarəetmə sistem
Antikorrupsiya idarəetmə sistem
Korrupsiya sosial və siyasi bir fenomen kimi hər ölkədə müxtəlif formalarda təzahür edir. Bu, yalnız yoxsul, totalitar və ya zəif inkişaf etmiş ölkələri iflic edən bir "xəstəlik" deyil, həm də dünyanın ən köklü və zəngin demokratik ölkələrinin belə qəlbində vuran yaraya bənzəyir. Siyasi inkişaf mərhələsi və iqtisadi mühitin konkret bir ölkədə hansı səviyyədə olmasından asılı olmayaraq, yanlış iqtisadi əməliyyatlar, cinayət və ya "sadə"qanunsuz davranışları asanlaşdırmaq üçün korrupsiya əməllərindən istifadə olunur. Bu fenomeni aradan qaldırmaq üçün, korrupsiyaya qarşı mübarizə səylərinin davamlılığını təmin edən profilaktik, hüquq-mühafizə və maarifləndirici tədbirlərdən ibarət vahid üfüqi yanaşma lazımdır. Korrupsiya ölkədən-ölkəyə fərqləndiyindən və ölkəyə xas yanaşmalar tələb etdiyindən, dünya miqyasında bütün ölkələrə tətbiq olunan bəzi əsas prinsiplər mövcuddur. Bu prinsiplər BMT-nin Korrupsiya əleyhinə Konvensiyası (UNCAC), Avropa Şurasının Korrupsiya ilə Mübarizə üzrə Cinayət və Mülki Hüquq Konvensiyaları və Xarici Məmurların Rüşvətxorluğu ilə Mübarizəyə dair İƏİT Konvensiyasında tam müfəssəliyi ilə ifadə olunub. Onların tətbiqi korrupsiyanın qarşısının alınması ilə bağlı mürəkkəb müdaxilə şəbəkəsini (məsələn, bütövlüyün qorunması və maraqların toqquşmasının qarşısının alınması, məlumatların açıqlanması və s.), hüquq-mühafizə orqanları (məsələn, korrupsiya ilə əlaqədar cinayətlərin kriminalizasiyası və təqibi) və korrupsiyaya qarşı mübarizə (təlim və maarifləndirmə) sahəsində maariflənmənin aparılmasını ehtiva edir.
Yanaşma
Bu təlim proqramı sahibkarlıq fəaliyyətində yol verilməsi hüquq pozuntusu olaraq korrupsiya əməlinin anlayışlarına, korrupsiya cinayətlərinin subyektlərinin dairəsinə, zərər vurulan ictimai münasibətlərə və həmçinin hüquqazidd əməl kimi korrupsiyaya görə sanksiyalar, məhrumiyyətlər barəsində hüquqi bilgilərin məcmusunu əhatə edir. Təlim 5 bölmədən ibarət olmaqla, bu təlimin əhatə dairəsinə daxil olan bilgilər barəsində təlimçinin interaktiv formada və prezentasiyaların nümayiş edilməsi ilə, işçi qruplarda verilən tapşırıqlarla verilən bilgilərin praktiki yolla öyrənilməsinə həsr olunur.
Öyrənmə hədəfləri
- Sahibkarlıq subyektləri üçün "korrupsiya" anlayışlarını xarakterizə edilməsi;
- Korrupsiyanın formaları və fəsadları ilə tanış olunma;
- Korrupsiyaya qarşı mübarizə yollarının açıqlanması;
- Korrupsiya ilə mübarizədə sahibkarlıq subyektlərinin qanunçuluq nəzərindən münasibətlərinin formalaşdırılması
- Korrupsiyanın qarşısının alınması ilə bağlı sahibkarlıq subyektləri arasında sabit bir mövqenin formalaşdırılmasında verilməsi;
- Qruplarda işləmək, sahibkarlıq subyektlərinin korrupsiya ilə mübarizədə fərdi olaraq iştirak etmələrinin xarakterik olaraq izah edilərək, onlarda məlumat bazasının formalaşdırılması;
- Sahibkarlıq subyektlərinin korrupsiya halı ilə rastlaşdıqları halda mövqelərinin bildirilməsi, müxtəlif qanunsuz əməllərlə bağlı fikir bildirmək bacarıqlarının və şikayət etmə bacarıqlarının formalaşdırılması;
- Sahibkarlıq subyektlərində xeyrlərinə belə olsa korrupsiya hallarından imtina edilməsi bacarığının emosional səviyyədə imtina etmələrinə dair maarifləndirmənin həyata keçirilməsi