Xidmətlərimiz
Xidmətlərimiz
Təlim
Biznes planın hazırlanması
Biznes planın hazırlanması
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat. Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse molestie consequat, vel illum dolore eu feugiat nulla facilisis at vero eros et accumsan et iusto odio dignissim qui blandit praesent luptatum zzril delenit augue duis dolore te feugait nulla facilisi.
Yanaşma
Təlim hər biri təxminən üç saat davam edən 4 sessiyaya bölünür. Lap əvvəldə qaydalar izah edilir və iştirakçıların gözləntilərini müəyyən etmək imkanı yaradılır. Hər sessiya bu təlimin əhatə dairəsinə daxil olan biznes növlərinin və onların incəliklərinin öyrənilməsinə həsr olunur. Əvvəl həmin mövzu barədə tanışlıq verilir, bunun ardınca isə onu peşəkarcasına öyrənilməsi üçün ev tapşırığı və praktik çalışmalar həyata keçirilir.
Tapşırıqların idarəçiliyi üçün xüsusi Biznes Plan nümunəsi təqdim edilir və iştirakçılar birbaşa öz işlərində tətbiq olunan tapşırıqlarını həmin BP-da tətbiq etməklə daha mükəmməl şəkildə istifadə etməyi öyrənirlər.
Öyrənmə hədəfləri
- Tanışlıq - hər bir təlim iştirakçısının özünü tanıtma fürsəti, Təlim qaydalarının tətbiqi (iştirakçılar arasında qoyulan qaydalar), Təlimdən gözləntilərin hazırlanması;
- KOB kursları və məqsədi barəsində kiçik məlumatın verilməsi;
- Biznes Plan nədir, nəyə lazımdır, hansı hissələrdən ibarətdir, BP necə doldurulmalıdır və s. barədə müzakirələr;
- Bazar araşdırması, Bazar araşdırması nəyə lazımdır? Bazar araşdırmasında nəyə diqqət edilməlidir? Bu haqda müzakirələr və dinləmələrin aparılması;
- Ev tapşırığı: “Hər kəs öz biznesinə görə kiçik bazar araşdırması aparsın”, ev tapşırığında nələrə diqqət edilməlidir;
- Aparılmış bazar araşdırmasının müzakirəsi, düzgün və yalnış araşdırmaların müzakirəsi və düzgün istiqamətlərin təyin edilməsi;
- Marketinqin öyrədilməsi, Marketinqin məqsədi;
- Marketinqin qolları, P1 - Məhsul, Məhsul nədir, Məhsul nəyə lazımdır və necə təyin edilir;
- Marketinqin qolları, P1 – Məkan, Məkan necə seçilir, məkanın düzgün seçilmə qaydaları və üstünlükləri;
- Marketinqin qolları, P1 – Qiymət, Qiymətin təyin edilmə qaydaları, düzgün qiymət qoymanın üstünlükləri;
- Marketinqin qolları, P1 – Tanıtım (reklam), tanıtımın məqsədi, Tanıtımın düzgün aparılması, ucuz və keyfiyyətli tanıtımın təyin edilməsi və tətbiqi;
- Satış planının müəyyən edilməsi, satış planının məqsədi barəsində müzakirələr və düzgün dəyərləndirmə;
- BP da keçirilən mövzular üzrə real işləmələr, müzakirələr və hədəflər;
- Keçirilən mövzuların ev tapşırıqları əsasında iştirakçılar tərəfindən real araşdırılması və tətbiqi qaydalarının öyrədilməsi, onların yoxlanılması və məsləhət və tövsüyyələrin verilməsi;
- Alış və tədarük planının müəyyən edilməsi, məqsədi və BP-da icrası qaydalarının öyrədilməsi;
- Biznesin müxtəlif xərcləri, onların mənfi və müsbət tərəflərinin müzakirəsi və öyrədilməsi;
- BP-da işləməklə keçirilən mövzuların müzakirəsi, düzgün qərarlar və araşdırmaların müzakirə edilməsi;
- Gəlir və xərclər planı, gəlirlərin və xərclərin düzgün bölünməsi, biznesdə bu bölgünün dəyərləndirilməsi;
- Nəğd pul axını, Nəğd pul axınının düzgün istiqamətləndirilməsi və dəyərləndirilməsi;
- Bir məhsul və ya xidmət üçün maya dəyərnin hesablanması, kompleks maya dəyərinin hesablanılması, BP-da maya dəyərinin əhəmiyyəti və gələcək biznesdə qiymətlərin düzgün təyin edilməsi;
- Zəruri ilkin kapital, Zəruri ilkin kapitalın BP da əhəmiyyəti, Zəruri İlkin kapitalın düzgün dəyərlədirilməsi;
- Biznesin Hüquqi forması, Hüquqi məsuliyyət, biznesin hüquqi qeydiyyatı, lisenziyalar və digər tələb olunan hüquqi hərəkətlərin edilməsi və onların biznesdə əhəmiyyəti;
- Yekun, nəticələrin müzakirəsi, BP-larda son bəndlərin doldurulması və ümumi müzakirə edilməsi;