Xidmətlərimiz
Xidmətlərimiz
Təlim
Effektiv işgüzar ünsiyyyət bacarıqları
Effektiv işgüzar ünsiyyyət bacarıqları
Müasir dövr artıq emosional zəkanın insan amili olan bütün sahələrdə prioritet əldə etdiyi bir zamandır. İndi mütəxəssislərdən qısa müddət ərzində bir çox işi çatdırmaq və yüksək rəqabətə malik məhsul və xidmətlər təqdim etmək tələbi adi normaya çevrilmişdir. Belə olan təqdirdə onları yalnız maddi motivasiya ilə cəlb etmək kifayət etmir. İdarəetmənin bütün səviyyələri üzrə ünsiyyətin peşəkar bir menecment və motivasiya instrumentinə çevrilməsi qaçılmazıdır. Artıq sirr deyil ki, müvafiq ünsiyyət səriştələrinin korporativ dəyərlər kimi yeridilməməsi əməkdaşların demotivasiyasına, qərarların qəbul olunmasında ciddi səhvlərə, mürəkkəb vəziyyətlər üzərində nəzarətin itirilməsinə, əməkdaşların ümumi məqsədlərə biganə yanaşmasına, kadr axınına, xroniki yorğunluq və emosional yanmaya və bir sıra digər mənfi fəsadlara gətirib çıxarır.
Yanaşma
Təlim 4 sessiyadan ibarətdir, hər sessiya isə təqribən 120 dəqiqəyə hesablanmışdır. Bu gün artıq sirr deyil ki, yalnız komanda işi aparan və münaqişəli vəziyyətləri konstruktiv həll edə bilən kollektivin böyük nailiyyətlər əldə edə bilər. Korporativ güc yüksək keyfiyyətli mütəxəssislərin mütləq müxtəlif olmasından və bu müxtəlifliyin peşəkarcasına bir araya gətirilməsindən ibarətdir. Bu isə peşəkar komunikasiya ənənəsidir.
Öyrənmə hədəfləri
- Ünsiyyət prosesi zamanı anlaşılmazlıqların baş verməsinin və məlumatın təhrif olunmasının səbəblərini izah etmək;
- Assertiv davranış texnikalarını aşılamaq;
- Emosiaonal gərgin vəziyyətlərin davranış və ünsiyyət texnikarala idarə olunmasını izah etmək;
- İşgüzar komunikasiyalarda passivlik, aqressivlik və manipulyativ vəziyyətlərin aradan qaldırılması üçün müvafiq bacarıqların aşılamaq.
- Komunikativ maneələrin aşılması;
- Vəzifələrin düzgün qoyulması;
- Əməkdaşın mövqeyininin aydın anlaşılması üçün smart sualların verilməsi;
- Sağlam qarşılıqlı əks əlaqənin qurulması;
- Effektiv dinləmə texnikalarının aşılanması;
- Narazılıqlarla çalışma texnikalarının aşılanması;
- Münaqişəli vəziyyətlərdə düzgün strategiyasının seçilməsini;
- Konstruktiv və səmərəli komunikasiya mövqenyini əvvəlcədən təmin etmək