• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xidmətlərimiz

Xidmətlərimiz

Təlim

Kənd turizmi

Kənd turizmi

Kənd turizm yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafında, əhalinin iş yerləri ilə təminatında, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynayır. Kənd turizminin inkişaf etdirilməsində məqsəd regionlarda təbii-coğrafi, sosial-iqtisadi və demoqrafik potensialından, mədəni-tarixi abidələrdən istifadə edilməsi ilə yanaşı, əhalinin istirahəti və sağlamlığının bərpasının təşkili, turizm sənayesində kəndlərin yararlanmasın təmin etməkdən ibarətdir.

Kənd turizmin təşkilində nəzərə alınan  əsas amillərə ezotik landşaftla əhatə olunması, ekoloji baxımdan az dəyişdirilməsi və oksigenlə zəngin təmiz havası, mədəni irs, ənənəvi istehsal və kənd təsərrüfatı məhsulların təqdim edən yaşayış daha çox inkişaf edir.

Buna görə də regionlarda kənd turizminin təşkili üçün əlverişli təbii şəraitin mövcudluğu yerli əhalinin və kiçik sahibkarlıq subyektlərinin bu sahəyə marağının artmmasına, həmçinin yerli əhalinin əlavə gəlir mənbəyinə çevrilməsinə immkan verir. Bu təlim kənd turizm haqqında bütün ilkin məlumatları iştrak edən biznesə yeni başlayan və ya müəyyən təcrübəsi olan sahibkarlara çatdıracaqdır.

Təlim ilkin olaraq kənd turizmin mahiyyəti, resurs potensialı, növləri, bu sahədə mövcud olan standartlar, turistlərin qəbulu, xidmətlərin göstərilməsi, onların yola salınması, həmçinin məhsulların hazırlanası, qiymətləndilməsi, marketinqi və satış kanallarının saxələndililməsi istiqamətində iştirakçılara məlumat veriləcəkdir.

Təlimdə kənd turizmin növləri, bölgələrdə bu sahənin inkişaf tendensiyası, mövcud təcrübələr misallar əsasında izah edilir. Eyni zamanda bu sahədə fəaliyyət göstərən biznes nümayəndələrinə və kənd evləri sahiblərinə xidətlərin təşkili texnologiyası, turist qəbulu imkanları haqqında məlumatlar verilir.

Kənd turizmdə standartları üzrə aqro təsərrüfatlara, evlərə, yaşayış sahəsinin mətbəxti, sanitar qovşaqlarına qoyulan tələblər və onların kefiyyətinə görə qiymətləndilməsi izah edilir. Kənd turizm qısa, orta və uzun müddətli məhsulların hazırlanası, onun texnologiyası, maya dəyərinin hesablanması və qiymətləndilməsi iştirakçılara catdırılır.

Kənd turizm məhsulunun marketinqində hədəf kütlənin seçilməsi, bazar araşdırmaları, məhsulun reklaı və PR təşkili istiqamətləri göstərilir. Eyni zamanda “kənd turizm paketləri”-nin realizə olunmasında SMM üstünlükləri, onlayn, agetlik və fərdi satışların təşkili texnologiyası misallarla izah edilir.

Yanaşma

Təlim hər biri təxminən 6 sessiyaya bölünür. Lap əvvəldə qaydalar izah edilir və iştirakçıların gözləntilərini müəyyən etmək imkanı yaradılır. Hər sessiya bu təlimin əhatə dairəsinə daxil olan mövzunun öyrənilməsinə həsr olunur.

Təlimçinin başlıca vəzifəsi təlimi təşkil etməkdən, təlim zamanı sahibkarların tədris və idrak fəaliyyətlərinə istiqamət verməkdən, ona rəhbərlik etməkdən, yeri gəldikcə düzəlişlər etməkdən, ehtiyacı olanlara yardımçı olmaqdan, dərsə yekun vurmaqdan, sonda sahibkarların bilik səviyyəsini və kurs zamanı fəallıq dərəcələrini səciyyələndirərək hər dəfə bu barədə onları məlumatlandırmaqdan ibarətdir.

Öyrənmə hədəfləri

  • Kənd turizm sahibkarlarına aqro turizm mahiyyətinin açıqlanması;
  • Kənd turizmin təşkili formalarının açıqlanması;
  • Kənd turizmin təşkilində beynəlxalq təcrübənin öyrədilməsi;
  • Kənd turizminin təşkilinə qoyulan tələblər və bu sahədə bacarıqların formalaşdırılması;
  • Kənd turizm infrastrukturunun təşkilinin minimum standartları və bu sahədə sahibkarlara fərdi həll yollarının göstərilməsi və bacarıqların mənimsənilməsi;
  • Qonaq evlərinə qoyulan minimum şərtlərin öyrədilməsi və rəqabət imkanları bacarıqlarının yiyələnməsi.
  • Kənd turizmində asudə vaxtın təşkili bacarıqlarına yiyələnməsi
  • Kənd turizm məhsulunun hazırlanması marketinqi və satış kanallarının öyrənilməsi
  • Kənd evlərində otaq standartları
  • Mətbəxə qoyulan standartlar
  • Sanitar qovşağına olan standartlar
  • Həyat yani əraziyə qoyulan standartlar