Xidmətlərimiz
Xidmətlərimiz
Təlim
Korporativ hüquq
Korporativ hüquq
İstənilən iqtisadiyyatın effektivliyi ilk növbədə həmin ölkənin hüquq sistemindən və xüsusən qanunçuluq prinsipinə riayət olunmasından asılıdır. İnkişaf edən ölkələrdə həyata keçirilən sosial-iqtisadi islahatlarının uğursuzluğunun əsas səbəbi xüsusi (özəl) mülkiyyətin və sahibkarlığın hüquqi təminatsızlığıdır.
İqtisadiyyatın inkişafı üçün onun əsasını təşkil edən hüquq sisteminin və onun daxilində korporativ qanunvericiliyin islahatı çox önəmlidir. Müasir iqtisadiyyatın əsas elementlərindən bir isə şirkətlərdir. Şirkət (hüquqi şəxs) insan təfəkkürünün yaratdığı bir alətdir və onun mövcudluğu yalnız onun varlığı faktının qəbul edilməsi ilə mümkündür. Korporativ hüquq şirkətlərin hüquqi təbiətini, idarə edilməsini, onlara nəzarətin, səhmdarların (iştirakçıların) hüquqlarını və rəhbərlərin öhdəliklərini əhatə edir.
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir.
Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin, korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir.
Yanaşma
Təlim hər biri təxminən saat yarım davam edən 5 sessiyaya bölünür. Lap əvvəldə qaydalar izah edilir və iştirakçıların gözləntilərini müəyyən etmək imkanı yaradılır. Hər sessiya bu təlimin əhatə dairəsinə daxil olan mövzunun öyrənilməsinə həsr olunur.
Təlimçinin başlıca vəzifəsi təlimi təşkil etməkdən, təlim zamanı sahibkarların tədris və idrak fəaliyyətlərinə istiqamət verməkdən, ona rəhbərlik etməkdən, yeri gəldikcə düzəlişlər etməkdən, ehtiyacı olanlara yardımçı olmaqdan, dərsə yekun vurmaqdan, sonda sahibkarların bilik səviyyəsini və kurs zamanı fəallıq dərəcələrini səciyyələndirərək hər dəfə bu barədə onları məlumatlandırmaqdan ibarətdir.
Öyrənmə hədəfləri
- Fərdi sahibkarlar və şirkətlərin hüquqi tənzimlənməsinə dair hərtərəfli təsəvvürün formalaşması
- Hüquq tərkibli yazılı səndlərin hazırlanmasında bacarıqların formalaşdırılması;
- Şirkətlərin qeydiyyatdan keçirilməsi.
- Fərdi sahibkar kimi VÖEN-in açılması;
- Şirkət sənədlərinin hazrlanmas və saxlanılması;
- Şirkətlərdə idarəetmə strukturunun məqsədəuyğun şəkildə formalaşdrılması və fəaliyyətinin təşkili üzrə bacarıqların formalaşdırılması;
- Qərarlarn qəbulu prosesində, həmçinin mümkün olan nəticələrin nəzərə alınması ilə, praktiki situasiyaların analizi və fərqli həlli yollarının işlənilməsin dair bacarıqların mənimsənilməsi;
- Qarşı tərəfə hüquq normalarının tətbiqinin izah edə bilməsi.
- Dövlət orqanları və digər qurumlarla hüquq şərçivəsində sağlam müasibətlərin qurulması
- Kazusların həlli yolu ilə, konkret situasiyaya dair mülki və xüsusi qanunvericiliyin cəmiyyətlərdə (şirkətlərdə) tətbiqi üsulların öyrədilməsi;
- Sənədlərin hüquqi ekspertizasını apara bilməsi və fərqli məslələr üzrə hüquqi rəylərin verilə bilməsinə dair bacarqların formalaşdrlması;