• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xidmətlərimiz

Xidmətlərimiz

Təlim

Marketinq

Marketinq

Qloballaşan dünyada bir tәrәfdәn bәnzәrliklәr artmaqda, digәr tәrәfdәn fәrqliliklәr daha da dәrindәn incәlәnmәkdәdir. Marketinqin tәrәflәrindәn biri olaraq istehlakçıların yaşayış tәrzi, istehlak qәliblәri vә alış-veriş vәrdişlәri bu bәnzәrlik vә incәliklәrdәn kifayәt qәdәr tәsirlәnәrkәn, marketinqin digәr tәrәfindә yerlәşәn müәssisәlәrin davranışları da bәnzәrlik vә fәrqliliklәrә sahib olmaqdadır. Müәssisәlәrin davranışlarının nә zaman bәnzәr olacağı vә nә zaman fәrqlilik göstәrәcәyi mövzusunda dәqiq bir şey yoxdur. Çünki marketinq mühiti qloballaşmanın da tәsiri ilә olduqca sürәtli vә praqnozlaşdırılması çәtin bir şәkildә dәyişmәkdәdir. Belә bir sürәtli dәyişmә prosesindә müәssisә menecmenti marketinq strategiyalarını güclü vә effektiv bir silah kimi istifadә edә bilәr.

Bu sәbәbdәn sahibkarlar üçün marketinqin mәnimsәnmәsi vә başa düşülmәsi olduqca vacibdir. Bu tәlim marketinq haqqında bütün ilkin mәlumatları tәlimdә iştrak edәn biznesә yeni başlayan vә ya müәyyәn tәcrübәsi olan sahibkarlara çatdıracaqdır.

Yanaşma

Tәlim hәr biri  2 saat davam edәn 6 sessiyaya bölünür. Tәlimin әvvәlindә qaydalar izah edilir vә iştirakçıların gözlәntilәrini müәyyәn etmәk imkanı yaradılır. Hәr sessiya bu tәlimin әhatә dairәsinә daxil olan alt-sәriştәlәrdәn birinin tәtbiqi yolla öyrәnilmәsinә hәsr olunur. Әvvәl hәmin sәriştә barәdә tanışlıq verilir, bunun ardınca isә onu peşәkar vәrdişә çevirmәnizә başlamaq üçün komanda işi vә tәtbiqi çalışmalar hәyata keçirilir. Lakin, vәrdişә çevirmәnin tamamlanması üçün, onu iştirakçı tәrәfindәn şәxsi vә peşә hәyatında tәtbiq etmәlidir.

Öyrənmə hədəfləri

  • Marketinqin әsasları ilә bağlı müasir sistem, metod, alәtlәr vә vәsaitlәrlә tanışlıq;
  • Marketinq üzrә vacib prioritetlәri әsaslandırılmış şәkildә müәyyәnlәşdirәrәk marketinq mәqsәdlәrini vә planlarını mәnimsәnmәk;
  • Müştәri yönümlü marketinq fәaliyyәtini vә bazar konyukturasını analiz etmәk;
  • Tez-tez bazar trendlәrini analiz etmәk vә marketinq fәaliyyәtlәrini dinamik prosesә adaptasiya emәk;
  • Bazar vә müştәri ehtiyac vә istәklәrinin öyrәnilmәsi mәqsәdilә aidiyyәti tәdqiqatların hәyata keçirilmәsi;
  • İstehlakçı (B2C) vә Biznes (B2B) bazarlarının müәyyәn edilmәsi üzrә planların işәnib hazırlanması;
  • Seqmentlәrin müәyyәnlәşdirilmәsi vә hәdәf kütlәnin seçilmәsi istiqamәtindә әhәmiyyәtli işlәrin hәyata keçirilmәsi;
  • Marketinq üzrә mәhdudiyyәtlәr vә maraqlı tәrәflәri tәsvir edә bilmәk;
  • Marketinq üzrә komandalarda işlәyәrkәn tapşırıq nәticәlәrini yaxşılaşdıra bilmәk.