• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xidmətlərimiz

Xidmətlərimiz

Təlim

Satış bacarıqları

Satış bacarıqları

21-ci əsr marketinq və satışın bir biri ilə sıx bağlı olduğu biznes mühiti tələb edir. Təəsüf  ki, bir çox sahibkarlıq subyektləri illərlə tək tərəfli kommunikasiya metodundan istifadə etmiş, insanlara öz istehsal etdikləri məhsul və ya xidmətləri təqdim etmişlər. Lakin müasir dövrün tələblərinə əsasən insanlar daha çox öz ehtiyaclarını qarşılamaq niyyətində olduğuna görə “nə istehsal etsəm sataram” anlayışı “nə istehsal edim ki satım” anlayışı ilə əvəzlənməkdədir.

Məhz buna görə də bütün sahibkarlar yüksək marketinq biliklərinə sahib olmalıdır. Ancaq bu biliklərə sahib olmaq satış üçün yetərli deyil. Satış qədim ənənəvi satış metodları dairəsindən çıxaraq öz özlüyündə qlobal yanaşma ehtiva edən bir fəaliyyətdir. Keyfiyyətli satıcı olmaq üçün mükəmməl bədən dili, nitq qabiliyyəti və s. kimi elementlər vacib predmentə çevrilmişdir. Bu səbəbdən sahibkarlar üçün marketinq və satışın birgə mənimsənməsi və başa düşülməsi olduqca vacibdir. Bu təlim satış, satış ustalığını özündə əks etdirən bədən dili, nitq qabiliyyəti, ünsiyyət, psixoloji faktorlar və eləcə də marketinq haqqında bütün ilkin məlumatları təlimdə iştrak edən biznesə yeni başlayan və ya müəyyən təcrübəsi olan sahibkarlara çatdıracaqdır.

Yanaşma

Təlim hər biri təxminən 2 saat davam edən 6 sessiyaya bölünür. Əsasən praktik və nəzəri hissələrdən ibarət olan təlimdə iştirakçılarla interaktiv formada dərs keçirilir. Təlimdən əvvəl auditoriyanın satış bilikləri şifahi əsasla öyrənilir daha sonra isə təlim materialları auditoriyanın səviyyəsinə uyğun formada izah edilir.

Təlimçinin başlıca vəzifəsi təlimi təşkil etməkdən, təlim zamanı sahibkarların tədris və idrak fəaliyyətlərinə istiqamət verməkdən, ona rəhbərlik etməkdən, yeri gəldikcə düzəlişlər etməkdən, ehtiyacı olanlara yardımçı olmaqdan, dərsə yekun vurmaqdan, sonda sahibkarların bilik səviyyəsini və kurs zamanı fəallıq dərəcələrini səciyyələndirərək hər dəfə bu barədə onları məlumatlandırmaqdan ibarətdir.

Öyrənmə hədəfləri

  • Satış və satış idarəçiliyi ilə bağlı müasir sistem, metod, alətlər və vəsaitlərlə tanışlıq;
  • Satışda bədən dili
  • Satış personalı üçün vacibiyyətlər
  • Satış öncəsi prosses
  • Satış sonrası idarətmə
  • Strateji planlaşdırma və tapşırıqların yerinə yetirilməsi arasındakı əlaqəni izah edə bilmək
  • Sahə satışı nədir, satış üçün sahələrin müəyyən olunması, rutlar və planlanması
  • Satış portfeli, bölgə fəaliyyəti, müştəri məlumatları və təsadüfi qapı döymə
  • Sahə satışının mərhələləri, görüş almaq və görüşü idarə etmək