• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xidmətlərimiz

Xidmətlərimiz

Təlim

Sosial layihələr, dövlət proqramları ilə iş

Sosial layihələr, dövlət proqramları ilə iş

Hal-hazırki dövrdə sahibkarların, eləcədə sahibkarlıq subyektinin inkişaf perespektivləri maliyyə resurslarına çıxışın təmin olunmasında dövlət tərəfindən həyata keçirilən dəstək proqramları haqda maarifləndirilməsi vacib amillərdəndir. Bu baxımdan tədris olunan təlim modulu ilk öncə maliyyə resurslarının hansı formalarda cəlb olunmasını, daha sonra isə maliyyə mənbələrinin tələb və qaydaları haqda nəzəri məlumatlarla başlanılır. Məlumatlar haqda nəzəri biliklər hər bir maliyyə resursunun növünə uyğun olaraq  qruplaşdırılır və aşağıdakı formada sıralanır. 

İnvestisiya – Biznes ideyaya birbaşa yatırım ( fərdi investor və yaxud kredit xətti ilə)

Qrant – Biznes ideyanın reallaşdırılmasına dair sosial yönümlü dövlət proqramları;

Subsidiya və dotasiyalar – Biznesə dövlət dəstəyi (həmin biznesin fəaliyyət sahəsinə uyğun proqramlar)

Yuxarıda qeyd olunan bütün maliyyə mənbələri fandreyzinq tələblərinə uyğun izah olunduqdan sonra nəzəri biliklər praktiki tətbiq üçün qrup və ya fərdi iş tapşırıqları ilə təlim davam etdirilir.

Biznes planlar hazırlanarkən investorun və yaxud donorun xüsusi tələblərinə uyğun hazırlanır. Bəzən biznes planın hazırlanmasında biznesin qısa təsvirinə (layihə şəklində) ehtiyac duyulur. Bu ehtiyacların qarşılanması üçün biznesə başlayacaq şəxslərə təlim əsnasında “Layihələrin yazılması və idarə olunması” sessiyasıda tədris olunur. Tədris olunan sessiyanın ilk mərhələsində layihələrin strukturu, idarə olunması və hesabatlılıq ilə bağlı nəzəri biliklər öyrədilir. Daha sonra öyrənilmiş ilkin biliklərin nəzəri tətbiq olunması üçün fərdi tapşırıqlar işlənilir və hazırladıqları layihələr təqdim olunur. Hər bir iştirakçının layihəsi təlim iştirakçıları tərəfindən qiymətləndirilir. İştirakçıların təqdimatlarının qiymətləndirilməsi gizli səs vermə ilə aparılır. Sonda təqdim olunmuş layihələr haqda təlimçi tərəfindən rəylər bildirilir. Qiymətləndirmə əsasında ən yaxşı layihə rəhbərinə biznes yönümlü kitab hədiyyə olunur. Təlimin sonunda təlimdə öyrəndiklərimiz haqda sorğu-sual olunur və iştirakçıların sualları cavablandırılır.

Yanaşma

Təlim hər biri təxminən 2 saat davam edən 4 sessiyaya bölünür. Hər sessiyanın öyrənmə metodologiyası qrup işləri ilə praktiki şəkildə təlim iştirakçılarına aşılanacaq. Təlim vasitəsi ilə iştirakçıların layihələrin yazılması və idarə edilməsi, eləcədə fond araşdırması istiqamətində nəzəri və praktiki bilikləri möhkəmlədiriləcək. Təlim zamanı tətbiq olunacaq aktiv fəaliyyətlər təlim sessiyalarının qavrama intensivliyinə fokuslanmışdır.

Öyrənmə hədəfləri

  • Fandreyzinq nədir və fundraiser kimdir?
  • Resursların cəlb olunması üçün potensial mənbələr hansılardır? Təlim iştirakçıları ilə müzakirə, beyin həmləsi;
  • Dövlət qurumları ilə iş, qrant müsabiqələrə çıxış;
  • Maliyyə mənbələri nə qismində çıxış edə bilər? Maliyyə sponsoru, Barter əsasında sponsorluq, İnvestor, Qrant verən şirkət, Messenat və Donor haqqında məlumat;
  • Subsidiya, Subvensiya və Dotasiya haqqında məlumat;
  • Fandreyzinq nə üçün lazımdır? Biznes plan, sponsor paket, müəyyən olunmuş məqsəd qrupu və layihənin düzgün sona çatdırılması;
  • Soail layihələrin yazılması və idarə edilməsi;
  • Layihələrin strukturu: Layihənin qısa təsviri, problemin təsviri, layihənin məqsəd və vəzifələri, layihənin hədəf qrupu və coğrafi ərazi, layihənin implementasiya planı (Gant Chart və yaxud “TO DO” list konsepti), layihənin nəticələri, davamlılıq və qiymətləndirmə indikatorları və s.
  • Layihələrin hesabatlılığı: təsviri və maliyyə hesabatları