Xidmətlərimiz
Xidmətlərimiz
Təlim
Sosial Media Marketinq
Sosial Media Marketinq
Müasir dövrün vazkeçilməz və qaçınılmaz texnoloji yeniliyi olan rəqəmsallaşma artıq biznesə sirayət edib və marketinqdə dijitallaşma mərhələsinə qədəm qoyub. Bu səbəbdən rəqəmsal marketinq alətləri haqqında məlumat verilir və əsas alətlərindən biri olan sosial media təhlil edilir. Sosial mediada olan sosial şəbəkələr, onların işləyişi, strukturu izah edilir. Daha sonra sosial şəbəkələr vasitəsilə, xüsusilə facebook və instagram vasitəsi ilə reklamlar haqqında danışılır. Hər iki sosial şəbəkədə reklamın növləri, funksiyaları, istifadə məqsədləri nəzərdən keçirilir. Hər bir sosial şəbəkənin praktik olaraq bir birindən üstün və zəif cəhətləri vurğulanır. Hər bir sosial şəbəkə üçün reklam büdcəsinin müəyyən olunması, hədəf kütlənin seçilməsi, reklam üçün ən effektiv saatın müəyyənləşdirilməsi və nəhayət verilmiş reklamların effektivliyinin ölçülməsi üçün statistikanın analiz edilməsi haqqında danışılır.
Yanaşma
Təlim hər biri təxminən 2 saat davam edən 2 sessiyaya bölünür. Təlimin əvvəlində qaydalar izah edilir və iştirakçıların gözləntilərini müəyyən etmək imkanı yaradılır. Hər sessiya bu təlimin əhatə dairəsinə daxil olan alt-səriştələrdən birinin tətbiqi yolla öyrənilməsinə həsr olunur. Əvvəl həmin səriştə barədə tanışlıq verilir, bunun ardınca isə onu peşəkar vərdişə çevirmənizə başlamaq üçün komanda işi və tətbiqi çalışmalar həyata keçirilir. Lakin, vərdişə çevirmənin tamamlanması üçün, onu iştirakçı tərəfindən şəxsi və peşə həyatında tətbiq etməlidir.
Öyrənmə hədəfləri
- Sosial şəbəkələr haqqında ümümi məlumat
- Sosial şəbəkə üzrə vacib prioritetlər və planlar
- Sosial şəbəkənin fəaliyyəti
- Sosial şəbəkənin bazar üçün inkişaf mərhələsi
- Bazar və müştəri ehtiyac və istəklərinin sosial şəbəkədə yönləndirilməsi
- Seqmentlərin müəyyənləşdirilməsi və hədəf kütlənin seçilməsi istiqamətində əhəmiyyətli işlərin həyata keçirilməsi;
- Sosial şəbəkə üzrə məhdudiyyətlər və maraqlı tərəfləri təsvir edə bilmək;