
Biznes inkubatoru haqqında
Biznes inkubatoru - yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin, o cümlədən gənclərin səmərəli sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə onlara kompleks texniki-təşkilati və inzibati-təsərrüfat xidmətləri göstərən resurs mərkəzidir.
Biznes inkubatorunun fəaliyyət istiqamətləri
Biznes inkubatorunun fəaliyyətinin əsas istiqamətləri "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilməyən yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinə, o cümlədən gənclərə sahibkarlıq fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş xidməti iş otaqlarının və işçi yerlərinin müvəqqəti ayrılması və onlara aşağıdakı konsaltinq və təşkilati xidmətlərin göstərilməsidir:
-
sistemli və davamlı maarifləndirmə tədbirləri;
-
təsis sənədlərinin hazırlanması və sahibkarlıq subyekti kimi qeydiyyata (uçota) alınmaq üçün köməklik göstərilməsi;
-
vergi, mühasibat uçotu, maliyyə-kredit, hüquq və sahibkarlıq fəaliyyəti ilə bağlı digər sahələr üzrə sistemli və davamlı konsaltinq və informasiya xidmətlərinin, mühasibatlıq işlərinin təşkilinə dəstək;
-
investisiya layihələrinin və biznes planların hazırlanmasında metodiki köməkliyin göstərilməsi;
-
biznes layihələrinin maliyyə, iqtisadi və texniki ekspertizasının aparılması üzrə dəstək;
-
marketinq araşdırmalarının aparılması üzrə dəstək;
-
reklam, mətbəə-çap və nəşriyyat işlərinin təşkilinə dəstək;
-
məhsulların (işlərin, xidmətlərin) təşviqi, habelə sərgilərdə və bu kimi digər tədbirlərdə iştirakla bağlı köməkliyin göstərilməsi;
-
maliyyə resurslarına (banklar, kredit təşkilatları, investisiya fondları, vençur kapitalı və s.) çıxış imkanlarının genişləndirilməsinə köməkliyin göstərilməsi;
-
potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında köməkliyin göstərilməsi;
-
inzibati və hüquqi problemlərin həllində köməklik göstərilməsi
-
sahibkarların və sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərin sahibkarlıq sahəsində bilik və bacarıqlarının, təhsil səviyyələrinin artırılmasında yardımçı olmaq, treninq, peşə hazırlığı xidmətlərinin təşkili;
-
malların (işlərin və xidmətlərin) realizəsi məqsədilə sifarişçilərin tapılmasında müvafiq köməkliyin göstərilməsi;
-
yeni texnologiyalar, habelə onların tətbiqi və istifadəsi ilə bağlı informasiya təminatının həyata keçirilməsi;
-
elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma və istifadə imkanlarının yaradılması;
-
sahibkarlıq subyektlərinin inkişaf potensialının və fəaliyyət prioritetlərinin genişləndirilməsinə köməklik göstərilməsi;
Biznes inkubatorunun fəaliyyətinin təşkili ilə bağlı Mərkəz aşağıdakı funksiyaları həyata keçirir:
-
biznes inkubatorunun fəaliyyət istiqamətləri üzrə xidmətlərin və metodiki köməkliyin göstərilməsini təşkil və təmin edir;
-
biznes inkubatorunun fəaliyyətinin təşkili və inkişafı ilə bağlı tədbirlər görür, bu məqsədlə təkliflər, habelə biznes inkubatorunun fəaliyyəti barədə hesabatlar hazırlayır;
-
biznes inkubatorunun fəaliyyətindən istifadə edənlərin qeydiyyatını (reyestrini) aparır;
-
biznes inkubatorunun fəaliyyətini təşviq edir, onun iştirakçısı olmaq istəyən gənclər və sahibkarlıq subyektləri üçün müsabiqənin təşkili ilə bağlı tədbirlər görür;
-
biznes inkubatorunun fəaliyyətinin iştirakçılarının fəaliyyətinin monitorinqini həyata keçirir;
-
elmi texniki potensialın inkişafı və gücləndirilməsi məqsədilə yerli və xarici elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair təkliflər verir;
-
bu sahədə biznes inkubatorunda dəyirmi masalar, seminarlar, konfranslar təşkil edir, biznes inkubatorunun fəaliyyəti barədə müxtəlif çap məhsulları, kitab və jurnallar, bukletlər hazırlayır və yayır.
Biznes inkubatorunun fəaliyyətinin iştirakçıları
- Biznes inkubatorunun fəaliyyətinin iştirakçıları müsabiqə əsasında seçilir.
MÜRACİӘT FORMASI