• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

“Biznes planın hazırlanması” mövzusunda distant təlim keçiriləcək

Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar (KOB) və biznesə başlamaq istəyənlər üçün 23-30 aprel tarixlərində “Biznes planın hazırlanması” mövzusunda distant təlim keçiriləcək.

Təlim gündəlik 1,5 saat olmaqla 6 gün ərzində davam edəcək.

Təlimə qatılmaqla iştirakçılar biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat əldə edəcəklər. Bununla yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-lar mövcud bizneslərini inkişaf etdirmək və yeni biznes yaratmaq məqsədilə təlim çərçivəsində əldə etdikləri bilikləri biznes plan nümunələri üzərində praktiki tətbiq etmək imkanı əldə edəcəklər.

Təlimdə iştirak etmək istəyən KOB-lar Xaçmaz KOB İnkişaf Mərkəzinə (+994 55 222-15-04 (Rauf Əliyev) və ya khachmazkobim@kobim.az elektron poçt ünvanına) müraciət edə bilərlər.

Təlimə aşağıdakı linkdən və ya ID nömrə və paroldan istifadə edərək qoşula bilərsiniz:

https://bit.ly/3augad3

ID nömrə: 217 036 0712
Parol: KOBIM

Qeyd edək ki, təlimdə iştirak ödənişsizdir.

Biznes ideyalarınızı reallaşdırmaq üçün distant formada keçirilən təlimlərimizə qatılmağa tələsin.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.