• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

"Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı" mövzusunda maarifləndirici təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı" mövzusunda maarifləndirici təlim keçirilib.

Noyabrın 25-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən kənd təsərrüfatı subyektlərinin qeydiyyatı, yerli və beynəlxalq tələblər, sertifikatlaşdırma modelləri barədə məlumatlar verilib. 8 nəfər iştirakçının olduğu təlimdə məhsulun planlaşdırılması, spesifikasiyalar və məhsulların ixracı barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.