• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

KOB-lar vergilərlə bağlı praktiki məlumatlara yiyələniblər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün “Vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron sənəd mübadiləsi qaydaları" mövzusunda praktiki onlayn təlim keçirilib.

2 gün davam edən təlimə qatılan KOB nümayəndələri “www.e-taxes.gov.az” portalından istifadə qaydaları ilə tanış olub, şirkətlərin qeydiyyatdan keçirilməsi, fərdi sahibkar kimi VÖEN-in açılması, vergi, DSMF və statistika hesabatlarının təqdim edilməsi, e-qaimələrin vurulması, təsdiq olunması və silinməsi, rüblük və illik hesabatların, bəyannamələrin hazırlanması və təqdim edilməsi barədə praktiki biliklərə yiyələniblər.

Qeyd edək ki, Xaçmaz şəhərində sərt karantin rejiminin tətbiqi ilə bağlı Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən təşkil olunan təlimlər və məsləhət xidmətləri iyulun 20-dək onlayn formada davam etdiriləcəkdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.