• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzində kənd təsərrüfatı və biznes planın hazırlanmasına dair məsləhət xidmətləri göstərilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar üçün “Kənd təsərrüfatı (bitkiçilik)” və “Biznes planın hazırlanması” mövzularında məsləhət xidmətləri göstərilib. Aqrar sahə ilə bağlı məsləhət xidmətləri çərçivəsində KOB-lar üzümçülük sahələrində texniki sortun yetişdirilməsi, torpağın münbitliyi, məhsuldar üzüm əldə etmək üçün əkin və suvarma sistemlərinin tətbiqi kimi mövzularda məlumatlandırılıblar.

Biznes planın hazırlanmasına dair məsləhət xidmətlərində isə KOB-ların balçılıq, kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün lazım olan məhsulların istehsalı, ayaqqabı istehsalı və s. istiqamətlərdə sualları cavablandırılıb, bu sahələrdə biznes planların hazırlanması üçün metodiki köməklik göstərilib.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.