• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Turizm sənayesinin nümayəndələrinə növbəti təlim keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm müəsissələrinin işçi heyyətinə “Mətbəx daxilində qabaqcıl beynəlxalq təcrübələr və şəxsi gigiyena qaydalarına nəzarət”  mövzusunda təlim keçirilib. 

15 nəfər turizm sahəsində fəaliyyət göstərən KOB subyektinin işçi heyyətinə, eləcədə bu sahədə təhsil alan tələbə heyyətinə təşkil edilən təlimdə qida məhsullarının çirklənmələri, fiziki və allergen çirklənmənin səbələri, allergen məhsulların təsnifi, temperatur amilinin qida mühitinə təsiri və qida termometrlərinin istifadəsi qaydaları haqqında geniş məlumat verilmişdir. Təlimin sonunda iştirakçıları maqraqlandıran suallar mərkəzin eksperti tərəfindən cavablandırılmışdır.   

Qeyd etmək istərdik ki, sahibkarlar üçün ehtiyaca uyğun müxtəlif mövzularda təlimlər mütamadi olaraq həm canlı (mövcud pandemiya tələblərinə uyğun olaraq 10 nəfərlik qruplarla), həm də onlayn formada təşkil olunur. Təlimlərdə iştirak etmək istəyən KOB subyektləri Xaçmaz KOB İnkişaf Mərkəzinə (+994 55 222-15-04, Rauf Əliyev) və ya xacmaz@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Xaçmaz KOBİM tərəfindən təşkil olunan təlimlər və məsləhət xidmətləri ödənişsizdir!

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.