• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Turizm sənayesinin nümayəndələrinə “Satış bacarıqları” mövzusunda təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm obyektlərinin rəhbər heyətinə “Satış bacarıqları” mövzusunda təlim keçirilib. 

10-a yaxın turizm sahəsində fəaliyyət göstərən KOB subyektinin rəhbər heyəti üçün təşkil edilən təlimdə turizm sənayesində ənənəvi və konsultativ satış metodları, müştəri ilə səmərəli ünsiyyət qaydaları, xidmətin təqdimatı, hədəf kütləsinin təyin edilməsi metodları, etirazların idarə edilməsi və brendləşmə siyasəti barədə ətraflı məlumat verilib, eləcə də praktiki qrup işləri ilə nəzəri biliklər möhkəmləndirilib. Təlimin sonunda təlimçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd etmək istərdik ki, sahibkarlar üçün ehtiyaca uyğun müxtəlif mövzularda təlimlər mütamadi olaraq həm canlı (mövcud pandemiya tələblərinə uyğun olaraq kiçik qruplar şəklində), həm də onlayn formada təşkil olunur. Təlimlərdə iştirak etmək istəyən KOB subyektləri Xaçmaz KOB İnkişaf Mərkəzinə (+994 55 222-15-04, Rauf Əliyev) və ya xacmaz@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Xaçmaz KOBİM tərəfindən təşkil olunan təlimlər və məsləhət xidmətləri ödənişsizdir!

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.