• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi fındıq istehsalçılarını maarifləndirir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən ölkədə fındıq istehsalının və ixracının artmasına töhfə vermək məqsədilə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fındıq istehsalçıları üçün onlayn təlim keçirilib.

Təlimdə şimal regionunda fındıq istehsalı ilə məşğul olan fermerlər istehsal prosesində qarşılaşdıqları çətinliklərin həlli yolları və aflatoksin maddəsinin yaranmasına qarşı mübarizə üsulları barədə maarifləndiriliblər. Onlayn görüşə Xaçmaz, Qusar və Şabran rayonlarından 20-yə yaxın fındıq istehsalçısı qoşulub.

Bu təlimin davamı olaraq KOB İnkişaf Mərkəzinin ekspertləri Xaçmaz rayonunun Çığatay və Armudpadar kəndlərində yerləşən fındıq bağlarında olub, bağların salınması, ağaclara düzgün qulluq edilməsi, suvarma sistemlərinin qurulması və zərərvericilərlə mübarizə metodları haqqında zəruri məsləhətlər veriblər.

Yaxın günlərdə KOB İnkişaf Mərkəzinin ekspertləri Qusar və Şabran rayonlarında da fındıq istehsalçılarına yerində məsləhət xidmətləri göstərəcəklər.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.