• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Aqrar sığorta" mövzusunda maarifləndirici təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Aqrar sığorta" mövzusunda maarifləndirici təlim keçirilib.


Fevralın 28-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən aqrar sığorta mexanizmi, onun iş prinsipi və bu sahədə işin səmərəli təşkili, aqrotexniki məsələlər ilə bağlı məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə sığorta predmeti və müqavilənin bağlanması, sığorta məbləğinin müəyyən edilməsi, eləcə də sığorta hadisəsi zamanı tələb olunan sənədlər barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.


Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Yanvar-mart aylarında mindən çox KOB subyekti ...

Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bilik və ...

.

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən ...

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

.