• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Azərbaycan Respublikasının Vergi Sistemi" mövzusunda növbəti dəfə maarifləndirici təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Azərbaycan Respublikasının Vergi Sistemi" mövzusunda növbəti dəfə maarifləndirici təlim keçirilib.

İyulun 1-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən Azərbaycan Respublikasında vergi tutmanın əsasları, vergi uçotu və vergi yoxlamaları, müəssisələrin vergi ödəmələri zamanı qarşılaşdıqları çətinliklər və onların həlli yolları barədə məlumatlar verilib. 6 nəfər iştirakçının olduğu təlimdə vergi növləri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.