Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesin təşkili və idarə olunması" mövzusunda maarifləndirici təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesin təşkili və idarə olunması" və "Biznesdə sahibkarlıq fəaliyyətinə maliyyə
hesabatın təmin olunması" mövzularında maarifləndirici təlimlər keçirilib.
Martın 14-də təşkil olunan təlimlərdə Xaçmaz KOBİM-in eksperti tərəfindən balanslı idarəetmə, keyfiyyətli qərarvermə işinin təşkili və strateji yanaşma, biznesin idarə edilməsində maliyyə nəzarətinin əhəmiyyəti, təhlil sisteminin qurulması, vergi nəzarəti ilə bağlı məlumat verilib. Eyni zamanda 15 nəfər iştirakçının olduğu təlimdə performans menecmentinin tətbiqi, məhsuldar iş mühitinin yaradılması, effektiv və səmərəli biznes modelləri, nağd pul əməliyyatlarına nəzarət, debitor kreditorlarla düzgün iş, vergi ödəyicilərinin uçotu, kameral vergi yoxlaması, səyyar vergi yoxlaması, operativ vergi nəzarəti barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Yanvar-mart aylarında mindən çox KOB subyekti ...
Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bilik və ...
.
Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən ...
Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
.