• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Digital marketing və sosial medianın satış üçün əhəmiyyəti" mövzusunda maarifləndirici təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Digital marketing və sosial medianın satış üçün əhəmiyyəti" mövzusunda maarifləndirici təlim keçirilib.
Sentyabrın 19-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən digital marketing, sosial media, satış alətləri, axtarış motoru optimallaşdırması (SEO), axtarış motoru marketinqi (SEM), məzmun və təsir etmə (Influencer marketing) barədə ətraflı məlumat verilib. Eyni zamanda 12 nəfər iştirakçının olduğu təlimdə sosial media satış strategiyası, satışın formaları və növləri, rəqəmsal marketinq alətləri ilə potensial müştərilərin diqqətini bir şirkətə, markaya, xidmətə və ya məhsula cəlb etməyin yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.