• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi" mövzusunda maarifləndirici təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi" mövzusunda maarifləndirici təlim keçirilib.

Avqustun 29-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən hibrid sistemlər, on-grid və off-grid sistemlər, onların xüsusiyyətləri, alternativ enerji mənbələri, bərpa olunan enerji mənbələri və onların tətbiqi, enerjiyə qənaət edilməsi yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda 16 nəfər iştirakçının olduğu təlimdə sistemlərin hər ehtiyaca uyğun olaraq seçilməsi qaydaları, akkumulyatorların növləri, onlardan istifadə qaydaları, suvarma sistemləri üçün istifadə olunan alternativ enerji mənbələri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.