• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Liderlik - ünsiyyət bacarıqları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Liderlik - ünsiyyət bacarıqları" mövzusunda təlim keçirilib. 

Noyabrın 15-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən liderlik bacarığının xüsusiyyətləri, stressli vəziyyətlərin idarə olunması və səmərəli iş mühitinin formalaşdırılması ilə bağlı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə komanda üzvləri ilə ünsiyyət qurma taktikaları, effektiv strateji liderliyin prinsipləri, iş yerində doğru ünsiyyətin qurulması, effektiv danışıqlar üçün ünsiyyətqurma bacarıqları, bədən dili, jest və mimikalardan istifadə barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.


Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.