• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Mal və xidmətlərin ixrac prosesi və yaşıl dəhliz" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Mal və xidmətlərin ixrac prosesi və yaşıl dəhliz" mövzusunda təlim keçirilib.

Sentyabrın 22-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən kənd təsərrüfatı subyektləri haqqında məlumat, kənd təsərrüfatı subyektlərinin qeydiyyatı, yerli və beynəlxalq tələblər, sertifikatlaşdırma modelləri, məhsulun planlaşdırılması, spesifikasiyalar, məhsulların ixracı barədə ətraflı məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə mal və xidmətlərin ixrac prosesi, "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, malların gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.