• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Qiymət. Rəqiblərin təhlili" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Qiymət. Rəqiblərin təhlili" mövzusunda təlim keçirilib.

Noyabrın 21-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən marketinq plan və onun hazırlanması, bazar araşdırmasının əhəmiyyəti, rəqiblərin təhlili, müştəri istəyinə uyğun məhsul və xidmətin araşdırılması, qiymət, məkanın müəyyənləşdirilməsi ilə bağlı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə reklam və təbliğatın düzgün qurulması, müştəri məmnuniyyətinin biznesin gələcək inkişafına təsiri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.


Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.