• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal ticarət və texniki analiz" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal ticarət və texniki analiz" mövzusunda təlim keçirilib. 

Noyabrın 2-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən sosial şəbəkə hesablarının effektiv idarə olunması və reklam yerləşdirmə vasitələri, fundamental təhlil, ticarət strategiyaları ilə bağlı məlumat verilib. Eyni zamanda 15 nəfər iştirakçının olduğu təlimdə təhlükəsiz ticarət, reklamların şəxsi profildən və ya biznes menecerdən yerləşdirilməsi, rəqəmsal sənət, sertifikatlaşdırma xidmətləri, texniki analiz barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. 

Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.