• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarlara yardımçı və maneə törədən amillərin araşdırılması" mövzusunda onlayn təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən onlayn təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarlara yardımçı və maneə törədən amillərin araşdırılması" mövzusunda onlayn təlim keçirilib.

Avqustun 22-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən sahibkarlıq anlayışı, sahibkarlığın motivlər əsasında həyata keçirilməsi, sahibkarlıq profilinin təsviri və diaqramlarla araşdırılması, sahibkarlıq və biznes bacarıqlarının inkişaf etdirilməsi, yardımçı və maneə törədən amillər, onların araşdırılması və aradan qaldırılması yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə uğurlu sahibkara xas olan davranış xüsusiyyətləri, biznesdə uğur qazanmağın yolları, biznesin yaradılması üçün ideyanın fəaliyyətə çevrilməsi, ideyanın idarə olunması və təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin ölçülərinə görə kateqoriyaları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.