• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış planı" mövzusunda maarifləndirici təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış planı" mövzusunda maarifləndirici təlim keçirilib.
 
Dekabrın 15-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti iştirakçılar ilə ümumi bir biznes ideya üzərində praktiki məşğələlər edib, bazar araşdırması apara biləcəkləri sahə və alətlər, biznesin inkişafında marketinq, aylıq satış, istehsal və tədarük, gəlir və xərc planlarının əhəmiyyəti barədə məlumat verib. Eyni zamanda 24 nəfər iştirakçının olduğu təlimdə satışın idarə edilməsi və inkişafı, satışları artırmaq, müştəri loyallığı, marka anlayışı, qiymət, GZİT təhlili, uzunmüddətli gəlirlilik və müştəri xidmətləri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
 
Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.