• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış və tədarük planı" mövzusunda maarifləndirici təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış və tədarük planı" mövzusunda maarifləndirici təlim keçirilib.

Noyabrın 23-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən istehsal və tədarük planı, sərmayə xərcləri və illik ümumi məbləğ, aylıq və illik amortizasiya xərcləri və texnoloji yeniliklərin tətbiqi barədə məlumat verilib. Eyni zamanda 43 nəfər iştirakçının olduğu təlimdə satışın idarə edilməsi və inkişafı, satışları artırmaq, müştəri loyallığı, marka anlayışı, uzunmüddətli gəlirlilik və müştəri xidmətləri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.