• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vergi ödəyicilərində vergi borclarının yaranma mənbələri" mövzusunda növbəti maarifləndirici təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vergi ödəyicilərində vergi borclarının yaranma mənbələri" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

İyulun 21-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən vergi nəzarəti və yoxlamaları barədə məlumatlar verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə vergi nəzəriyyəsi, vergi nəzarətinin metodları, vergi qanunvericiliyi, vergi ödəyicilərində vergi borclarının yaranma mənbələri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.