• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi sahibkarların maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən aprelin 20-də “Global G.A.P – kənd təsərrüfatı məhsullarının ixracı üçün tələblər” mövzusunda onlayn təlim keçirilib.

Təlimdə iştirakçılara “Global G.A.P” sertifikatı haqqında məlumat verilib. Həmçinin “Yaxşı kənd təsərrüfatı və meyarlar”, “Fərdi və qrup halında sertifikatlaşdırma“, “Global G.A.P sənədləşdirilməsi üçün 14 mərhələdən ibarət gedişat” mövzuları ətraflı izah olunub. Bununla yanaşı, praktiki olaraq sertifikatlaşdırma üçün tələb olunan alt sənədləri təlim iştirakçılaına nümayiş olunub.

Təlimin sonunda  mərkəzin eksperti tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlimdən Quba-Xaçmaz iqdisadi rayonunda fəaliyyət göstərən 15-ə yaxın KOB subyekti faydalanıb.

Qeyd etmək istərdik ki, sahibkarlar üçün ehtiyaca uyğun müxtəlif mövzularda təlimlər mütamadi olaraq həm canlı (mövcud pandemiya tələblərinə uyğun olaraq 10 nəfərlik qruplarla), həm də onlayn formada təşkil olunur. Təlimlərdə iştirak etmək istəyən KOB subyektləri Xaçmaz KOB İnkişaf Mərkəzinə (+994 55 222-15-04, Rauf Əliyev) və ya xacmaz@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Xaçmaz KOBİM tərəfindən təşkil olunan təlimlər və məsləhət xidmətləri ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.