• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən "Biznes plan və layihələrin hazırlanması" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes plan və layihələrin hazırlanması" mövzusunda təlim keçirilib.
Sentyabrın 8-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən biznes plan anlayışı və ümumi strukturu, biznes planın xülasəsi - sahibkarlıq subyektianlayışı, təşkilati planın hazırlanması barədə ətraflı məlumat verilib. Eyni zamanda 20 nəfər iştirakçının olduğu təlimdə ideyanın yaranması, bazarın araşdırılması, maliyyə planı və analizi, layihə risklərinin qiymətləndirilməsi, investisiya təşviqi sənədi və startap şəhadətnaməsinin alınması, ortaqlıq və müsbət əlaqələr, davamlı inkişaf ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.