• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən SMM mövzusunda təlim təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) və Gənclərin İnkişaf və Karyera  Mərkəzinin Siyəzən nümayəndəliyi ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və biznesə başlamaq istəyən gənclər üçün “Sosial media marketinq” mövzusunda master klas keçirilib.

Siyəzən rayonunda təşkil olunan tədbirdə Xaçmaz KOBİM-in eksperti tərəfindən innovativ reklam alətləri və onlardan istifadə barədə ətraflı məlumat verilib. Eyni zamanda tədbirdə sosial şəbəkələr, "Messencer" və digər dijital platformalardan istifadə xüsusiyyətləri üzrə biliklər dinləyicilərin diqqətinə çatdırılıb. SMM (Sosial Media Marketinqi), SEO (Google və digər axtarış sistemlərində optimizasiya), veb sayt və elektron ticarət və e-mail marketinq kimi digital marketinq barədə danışılıb və praktiki nümunələr üzərindən izahlar verilib. Pandemiya qaydalarına uyğun təşkil olunan master klasda 10 iştirakçı olub.

Tədbirin sonunda iştirakçılar ilə mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.