• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlığının inkişafını təşviq etmək məqsədilə təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə əməkdaşlığı çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadın sahibkarlar üçün “Gələcəyini planlaşdır” mövzusunda maliyyə savadlılığı üzrə onlayn təlim keçirilib. AMFA tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi məqsədilə həyata keçirilən təlimdə 15-dən çox mikro, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkar qadın iştirak edib.

Təlim çərçivəsində qadın sahibkarlar maliyyə savadlılığı, o cümlədən az gəlirli ailələrdə maliyyə savadlılığına ehtiyac, maliyyə vəsaitinin hərəkəti, gəlir və xərclərin təhlili, maliyyə hədəfləri və planlaşdırmanın faydası, yığım metodları və bacarıqları, qənaət vərdişləri, fövqəladə hadisələr üçün xərclər və ehtiyat fondu, kredit üzrə xərclər barədə ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən və yeni biznesə başlamaq istəyən qadın sahibkarlar üçün təlim və məsləhət xidmətlərinin keçirilməsi davam edəcək.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.