• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzinin fəaliyyəti 2020-2021

Xaçmaz KOB İnkişafı Mərkəzi tərəfindən fəaliyyət müddətində KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün 25 mövzu üzrə 62 təlim keçirilib. Bu təlimlərdə ümumilikdə 765 KOB subyekti iştirak edib. Aparılmış təhlillərə əsasən KOB subyektlərinin daha çox maraq göstərdiyi mövzular aşağıdakılardır:

✅Biznes planın hazırlanması (99 nəfər – 16%),

✅Korparativ hüquq (69 nəfər – 11%),

✅Satış texnologiyaları (52 nəfər – 8%),

✅Sosial media marketinq (46 nəfər – 6%) və s.

Təlimlərdə iştirak etmiş KOB subyektlərinin 506-sı qadın, 259-u kişilərdir.

Xaçmaz KOB İnkişafı Mərkəzi fəaliyyət müddəti ərzində 259 KOB subyektinə 1900 saata yaxın məsləhət xidmətləri göstərib. Statistikaya əsasən sahibkarlar daha çox aşağıdakı mövzular üzrə məsləhət xidməti üçün mərkəzə müraciət ediblər:

✅Biznes planının hazırlanması (143 KOB subyekti – 59%) ,

✅KOB subyektlərinin ehtiyyaclarının dəyərləndirilməsi (27 KOB subyekti - 9%),

✅Aqronom xidməti (44 KOB subyekti – 6%),

✅Gözəllik salonu-master klasslar (12 KOB subyekti-5%),

✅Vergi sistemi və qanunvericilik (10 KOB subyekti – 4%) və s.

Həmçinin, Xaçmaz KOBİM 6 MMC-nin yaradılmasına dəstək göstərib (təlim, məsləhət, əlaqəndirmə və s. xidmətlər).

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.