• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOBİM tərəfindən "Kiçik biznesin rəqəmsallaşması: tətbiqi həllər" mövzusunda növbəti təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən qadın sahibkarlar üçün təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM), Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası ilə birgə "Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi" layihəsi çərçivəsində "Kiçik biznesin rəqəmsallaşması: tətbiqi həllər" mövzusunda növbəti təlim keçirilib.

Avqustun 25-də və 26-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən ölkədə rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsini şərtləndirən proseslər barədə ətraflı məlumat verilib. 29 nəfər iştirakçının olduğu təlimdə gender bərabərliyi üzrə bilik və məlumatlılığın artırılması, rəqəmsal sahibkarlığı inkişaf etdirmək üçün xüsusi islahatlar və stimullaşdırıcı mexanizmlərin tətbiq edilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən gender məsələlərinə diqqətin ayrılması, özəl sektorun inkişafı sahəsində həyata keçirilən tədbirlər, rəqəmsallaşmanın tətbiqi, kiçik və orta sahibkarlığa dəstək mexanizmləri, tətbiq edilən innovativ həllərdən danışılıb.

Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.