• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Xaçmaz KOBİM tərəfindən sahibkarlıq fəaliyyəti göstərmək istəyənlər üçün silsilə təlimlər yekunlaşıb.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin (KOBİM) "Məşğulluğa dəstək" layihəsi çərçivəsində işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların və gənclərin özünüməşğulluğunun təşkilinə dəstək məqsədilə keçirilən təlimlər yekunlaşıb.

Sentyabrın 13-dən 24-dək Xaçmaz KOBİM tərəfindən sahibkarlıq fəaliyyəti göstərmək istəyən şəxslərə "Biznes ideyadan biznes plana", "Marketinq planlama", "Satış və tədarük", "Tədarük planının hazırlanması", "Seqmentlərin və satış kanallarının müəyyən olunması", "Gəlir və xərclər", "Amortizasiya xərcləri", "Nəğd pul axını" və "Maya dəyərinin hesablanması və zəruri ilkin kapital" mövzularında təlimlər keçirilib. Təlimlərdə Xaçmaz KOBİM-in ekspertləri tərəfindən mövzulara uyğun ətraflı məlumatlar verilib və biznes planın hissələrinin tərtib edilməsi əyani olaraq izah olunub.

Ümumilikdə 30-a yaxın şəxsin cəlb olunduğu təlimlər Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və təlimatlarına uyğun olaraq kiçik qruplar şəklində keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası və Dünya Bankı arasında 16 iyun 2020-ci il tarixində imzalanmış Kredit Sazişinə uyğun olaraq Məşğulluğa Dəstək Layihəsi çərçivəsində keçirilən təlimlər Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Öz Biznesini Başla və İnkişaf Etdir" proqramına əsasən təşkil olunub. 2 həftə davam edən təlim müddətində iştirakçılar öz biznes ideyaları üçün biznes planlar hazırlayıblar. Təlimlər yekunlaşdıqdan sonra hazırlanan biznes planlar qiymətləndirmə komissiyasına təqdim olunub. Qiymətləndirmə komissiyası tərəfindən məqbul hesab edilənlər aktivlərlə təmin ediləcəklər.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.