• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Təlim xidmətləri

Müasir dövrdə biznesin fəaliyyətinə təsir göstərən daxili və xarici mühit dinamik və rəqabətcil struktura malikdir. Bu səbəbdən müəssisələr uzun müddət ayaqda qala bilmək, rəqabət qabiliyyətini qoruyub saxlamaq, qarşıya qoyulmuş hədəflərə istiqamətlənərək fəaliyyətini davam etdirmək məqsədilə ətraf mühitə uyğunlaşmalıdır. Günümüzün iş dünyası şirkətləri yaradıcılığa, məsələlərə daha innovativ yanaşmağa, yeniliyə qarşı elastik olmağa sövq edir. Müəssisələr qoyulan tələbləri yerinə yetirmək məqsədilə idarəetmə fəlsəfəsi, təşkilati mədəniyyət, kadr siyasəti kimi köklü məsələlərdə yeni yanaşmaları nəzərə alaraq müəyyən dəyişikliklər etməli olur. Kadrlar onlara verilən təlimlərin nəticəsində işin tələblərinə uyğun keyfiyyətlərə sahib olduqları zaman iş performanslarını artıraraq qısa zaman ərzində yüksək məhsuldarlıq əldə edirlər.

Təlim və inkişaf siyasətimizin əsas məqsədi KOB-ların strateji hədəflərinə uyğun təlimə olan ehtiyacları müəyyənləşdirərək  onların biliklərinin sistemli şəkildə yenilənməsini və fəaliyyət istiqamətlərinə uyğun praktiki səriştələri əldə etmələrini təmin etməkdir.

Tәlim xidmәtlәrimiz biznesin başlanması üçün zәruri istiqamәtlәrdә tәtbiqi sәriştәlәrin aşılanmasına yönәlmiş tәdris proqramına әsasәn hәyata keçirilir. 

Xaçmaz KOB İnkişaf Mәrkәzi regionda startaplar, ailә biznesi, qadınlar, әlillәr vә gәnclәr arasında sahibkarlığın inkişafını tәşviq edir, KOB-ların maariflәndirilmәsi üçün aşağıdakı istiqamətlər üzrə təlim xidmәtlәri təqdim olunur:

  • Startap vә komanda işi
  • Effektiv işgüzar ünsiyyәt bacarıqlarının inkişafı
  • Startap vә innovasiya ekosistemi
  • Biznes planın hazırlanması
  • Qeyri-maliyyәçilәr üçün maliyyә vә onun idarә edilmәsi
  • Satış
  • Sosial media marketinq
  • Marketinq
  • Korporativ hüquq
  • Turizm
  • Biznes tәrәfdaşlığı
  • Antikorrupsiya idarəetmə sistemi
  • Sosial layihәlәr, dövlәt proqramları ilә iş
  • İnsan resurslarının idarə olunması
  • Vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron sənəd mübadiləsi qaydaları