Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Antikorrupsiya" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Antikorrupsiya" mövzusunda təlim keçirilib. Fevralın 26-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən antikorrupsiya, hüquqi çərçivə və etik standartlar, korrupsiyanın qarşısının alınması, şəffaf idarəetmə prinsipləri və etik biznes mühitinin formalaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə antikorrupsiya strategiyaları və praktik tədbirlər, korrupsiya risklərinin müəyyən edilməsi və onunla mübarizə strategiyaları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...