• Xaçmaz, Azərbaycan

    Bakı prospekti 45, Xaçmaz

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bir məhsul vahidi üçün maya dəyərinin hesablanması" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bir məhsul vahidi üçün maya dəyərinin hesablanması" mövzusunda təlim keçirilib. Yanvarın 6-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən xammal və materialların dəyərinin təhlili, əmək xərclərinin hesablanması, maya dəyərinin əsasları və prinsipləri, birbaşa və dolayı xərclərin təhlili barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə istehsal prosesində istifadə olunan enerji və digər dolayı xərclərin müəyyənləşdirilməsi, həmçinin ümumi xərclərin məhsul vahidinə bölünərək maya dəyərinin təyin edilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib