• Xaçmaz, Azərbaycan

    Bakı prospekti 45, Xaçmaz

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesin hüquqi forması. İcbari dövlət ödəmələri" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesin hüquqi forması. İcbari dövlət ödəmələri" mövzusunda təlim keçirilib. Fevralın 13-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən biznesin hüquqi forması və onun seçilməsi, icbari dövlət ödəmələri və vergi öhdəlikləri, biznesin dayanıqlı inkişafı və hüquqi-maliyyə risklərin idarə edilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 16 nəfər iştirakçının olduğu təlimdə biznesin hüquqi statusu, vergi sisteminin əsasları, sosial sığorta və pensiya fonduna ödənişlər barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib