• Xaçmaz, Azərbaycan

    Bakı prospekti 45, Xaçmaz

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Hüquqi öhdəliklər və icbari dövlət ödəmələri" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Hüquqi öhdəliklər və icbari dövlət ödəmələri" mövzusunda təlim keçirilib. Noyabrın 27-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən hüquqi öhdəliklərin vəzifə və məsuliyyətləri ilə əlaqədar qanunvericilik tələbləri, icbari dövlət ödəmələrinin növləri və tətbiqi prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə müxtəlif icbari dövlət ödəmələri, onların növləri və düzgün yerinə yetirilməsi, vergilər və sosial sığorta kimi icbari dövlət ödəmələrinin düzgün yerinə yetirilməsi, icbari sosial sığorta ödəmələri və əmək haqqı ilə bağlı tələblər barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib