Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnnovativ sahibkarlıq" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnnovativ sahibkarlıq" mövzusunda təlim keçirilib. Sentyabrın 13-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən innovativ biznes konsepsiyaları, yeniliklərin tətbiqi prosesinin effektivliyi, əlverişli innovasiya mühitinin yaradılması, rəqabət üstünlüklərinin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, potensial bazar təlabatının qiymətləndirmə üsulları barədə məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə innovasiya anlayışı, dağıdıcı innovasiya, innovasiyanın növləri, məhsul, proses və xidmət innovasiyaları, dizayn düşüncəsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...