Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnvestisiya dəyərinin hesablanması" mövzusunda təlim keçirilib
.jpeg)
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnvestisiya dəyərinin hesablanması" mövzusunda təlim keçirilib. Dekabrın 11-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən investisiya dəyəri anlayışı və əhəmiyyəti, investisiya dəyərinin hesablanma metodları, investisiya dəyərinin proqnozlaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə investisiya həcminin müəyyənləşdirilməsi, investisiyaların amortizasiyası, zamanın qiyməti və investisiya dəyəri, sadə faiz və mürəkkəb faiz hesablamaları, gələcək dəyər və indiki dəyər, indiki dəyər və riskin təsiri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...